10:46 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. "Alibaba"nın törəmə şirkəti olan "T-Head", süni intellekt üçün nəzərdə tutulmuş yüksək məhsuldarlıqlı "Zhenwu 810E" çipini təqdim edib.
ABC.AZ xəbər verir ki, yeni model 700 Qb/s ötürmə qabiliyyətinə malik 96 QB-lıq HBM2e yaddaşı ilə təchiz olunub. Bu layihə sayəsində "Alibaba" süni intellekt sahəsində tam istehsal dövriyyəsini formalaşdırıb: bura fərdi çiplərdən tutmuş bulud xidmətləri və dil modellərinə qədər hər şey daxildir.
27 İyul 2026
25 İyul 2026