17:19 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 266,9 milyon manat və yaxud 7,2 % çoxdur.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 %-i və yaxud 4 milyard 347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 %-i və yaxud 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52 %-i və yaxud 2 milyard 260,3 milyon manatı "Şahdəniz" layihəsi üzrə mənfəət vergisi, 41,3 %-i və yaxud 1 milyard 795,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 %-i və yaxud 291,7 milyon manatı "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026