15:38 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Azərbaycan Ukraynada enerji sistemində yaranmış böhran fonunda bu ölkəyə humanitar yardım məqsədilə növbəti elektrik avadanlığı partiyasını göndərib.
ABC.AZ xəbər verir ki, yükün göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Energetika Nazirliyi tərəfindən həyata keçirilib.
Əvvəlki partiya çərçivəsində aşağı gərginlikli 12 günəş paneli, 11 generator və 27 min metr kabel və naqil daxil olmaqla, ümumi dəyəri 1 milyon dollar olan elektrik avadanlığı yanvarın 20-də Ukraynaya göndərilmişdi.
Ümumilikdə Azərbaycan indiyədək Ukraynaya 45 milyon dollar məbləğində humanitar yardım göstərib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026