Baş Prokurorluq, Gömrük Komitəsi və Müdafiə Nazirliyinin maşınları satışa çıxır

11:50 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. 17 mart 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, 1-3-cü sətirdə olan nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.

4-13-cü sətirdə olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 14-15-ci sətirdə olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

16-cı sətirdə olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705)