11:27 - 26.01.2026
26 yanvar, Fineko/abc.az.Bolqarıstanda ölkə tarixində ilk dəfə qadın prezident vəzifəsini icra etməyə başlayıb.
ABC.AZ xəbər verir ki, dövlət başçısının səlahiyyətləri prezident Rumen Radevin könüllü istefasından sonra vitse-prezident İliyana Yotovaya keçib. Bu qərar Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənib.
61 yaşlı İliyana Yotova 2027-ci ilin yanvar ayınadək prezident səlahiyyətlərini icra edəcək. O, bundan əvvəl iki müddət vitse-prezident vəzifəsində çalışıb, daha öncə isə Avropa Parlamentinin deputatı olub.
Qeyd edək ki, Rumen Radevin istefası Bolqarıstanda son 33 ildə ilk növbədənkənar prezident istefasıdır. Ölkə uzunmüddətli siyasi böhran və kütləvi etirazlar fonunda növbəti parlament seçkilərinə hazırlaşır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026