14:43 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.
İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 %, Çindən - 41,7 %, Özbəkistandan - 34,3 %, Qırğızıstandan - 33,7 %, Niderlanddan - 27,5 %, Yaponiyadan - 25,8 %, Qazaxıstandan - 20,1 %, İtaliyadan - 13,7 %, Pakistandan - 12,5 %, Almaniyadan - 11,1 % artıb.
O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 % azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 % azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2 % artaraq 1 milyon 169,6 min nəfər təşkil edib.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026