11:56 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 217 min 244,53 ton neft koksu ixrac edib.
ABC.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 68 milyon 744,36 min ABŞ dolları təşkil edib.
Bu, 2024-cü il ilə müqayisədə müvafiq olaraq 3,4 % və 3,8 dəfə çoxdur.
Ötən il ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,27 % olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026