10:09 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Azərbaycan Trampın Qəzza üzrə "Sülh Şurası"na daxil olmaq təklifini qəbul edib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib:
"Azərbaycan həmin dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ-nin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ-yə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".
27 İyul 2026
25 İyul 2026