11:36 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisi işlərinə başlanılır.
ABC.AZ xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 50 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, bu il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026