16:23 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. 2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub.
Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.
Bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026