OpenAI əməkdaşlarına $1,5 milyon məbləğində rekord yeni il bonusları ödəyib

11:27 - 6.01.2026


6 yanvar, Fineko/abc.az. OpenAI hər bir əməkdaşına şirkət səhmləri şəklində 1,5 milyon dollar məbləğində yeni il bonusu ödəyib.

ABC.AZ xəbər verir ki, bu ödəniş ABŞ tarixində rekord hesab edilir və iri texnologiya şirkətlərində orta mükafat məbləğindən təxminən 34 dəfə yüksəkdir.

Qeyd edilir ki, bu cür həcmli bonuslar süni intellekt bazarında kadrlar uğrunda kəskin rəqabət şəraitində əsas mütəxəssislərin saxlanmasına kömək etsə də, eyni zamanda şirkətin maliyyə göstəricilərinə mənfi təsir göstərir, əməliyyat zərərlərini artırır və mövcud səhmdarların paylarını azaldır.

Daxili sənədlərə əsasən, OpenAI-nin səhm formasında bonuslara çəkdiyi xərclər ən azı 2030-cu ilədək hər il təxminən 3 milyard dollar artacaq. Gözlənilir ki, artıq 2025-ci ildə bu ödənişlərə çəkilən xərclər şirkətin ümumi gəlirinin 46%-ni təşkil edəcək.