“AzərEnerji” 49,3 milyon manata yarımstansiya tikir

14:39 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. “AzərEnerji” 49,3 milyon manatlıq “Novxanı” yarımstansiyasının tikintisini satın alır.

ABC.AZ xəbər verir ki, “AzərEnerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi işlərini həyata keçirmək üçün satınalma aparır.

Satınalma üzrə işləri “Electro İndustries” Qapalı Səhmdar Cəmiyyəti yerinə yetirəcək və layihənin dəyəri 49 302 552 AZN təşkil edir.