Kriptovalyuta bazarındakı aktivlik fonunda Bitkoin və Ethereum bahalaşır

10:34 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. Kapitallaşmasına görə Bitkoin və Ethereumun (“efirium”, “efir”, ETH) dəyəri artım nümayiş etdirir.

ABC.AZ xəbər verir ki, bunu Binance platformasının məlumatları təsdiqləyir.

Bakı vaxtı ilə saat 07:34-ə olan məlumata görə, Bitkoin 2,08% bahalaşaraq 93,032 min dollar səviyyəsində qərarlaşıb. Ethereumun məzənnəsi isə 1,57% artaraq 3,192 min dollara yüksəlib.

CoinMarketCap-in 5 yanvar tarixinə olan məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 3,17 trilyon dollar təşkil edib. Bunun 1,856 trilyon dolları (58,7%) Bitkoinin, 384,805 milyard dolları (12,2%) isə Ethereumun payına düşür.

Coinglass platformasının məlumatlarına görə, dünya kriptobirjaları gündə 92 mindən çox treyderin 251,79 milyon dollar dəyərində mövqelərini ləğv edib. Təxminən 49,83 milyon dollar ləğv uzun mövqelərə, 202,01 milyon dollar qısa mövqelərə düşüb. Son bir gündə ən iri ləğv qərarı Binance kriptobirjasında ETHUSDT cütlüyündə 3,27 milyon dollar dəyərində təqdim edilib.