10:15 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. "XalqBank"ın kredit portfelində ciddi azalma müşahidə olunur.
ABC.AZ-ın Bankın maliyyə hesabatı üzərindən apardığı hesablamalara görə, "XalqBank"ın 2024-cü ilin yanvar-sentyabr (9 ay) aylarında kredit portfelinin həcmi 1 milyard 982 milyon manat təşkil edib.
Bankın 2025-ci ilin eyni dövründə kredit portfeli isə 1 milyard 890 milyon manat olub.
Rəqəmlərdən də göründüyü kimi, adıçəkilən bankın kredit portfeli bu ilin yanvar-sentyabr aylarında ötən ilin 9 ayı ilə müqayisədə xeyli azalıb.
Belə ki, bankın kredit portfeli 2024-cü ilin 9 ayından 2025-ci ilin 9 ayınadək 179 milyon 100 min, faizlə ifadədə isə 3.4% kiçilib.
Müqayisə olunan dövrdə tək azalan Bankın kredit portfeli olmayıb, o cümlədən xalis mənfəəti də kəskin azalıb. 2024-cü ilin yanvar-sentyabr aylarında 54 milyon manat xalis mənfəəti olan Bankın növbəti ilin eyni dövründə xalis mənfəəti 51 milyon 500 min manat təşkil edib. Bu isə 2 milyon 500 min manat, faiz ifadəsində də 4,6 faiz azalma deməkdir. Göründüyü kimi, Bankda bəhs olunan dövrlərdə əsas göstəricilər üzrə azalmalar, ümumilikdə isə Bankın özünün keçilməsi baş verib.
Müəllif: Elmir Muradov
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026