11:47 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. Çin Kosmik Elm və Texnologiya Korporasiyası (CASC) 17-ci rabitə peyki SatNet blokunu aşağı orbitə uğurla çıxarıb.
ABC.AZ xəbər verir ki, missiyanın startı cümə günü yerli vaxtla 07:26-da (Bakı vaxtı ilə 03:26) Xaynan adasında yerləşən Vənçan kosmodromunun kommersiya platformasından CZ-8A (“Çançjen-8-a”) daşıyıcı raketi ilə həyata keçirilib.
CZ-8-in təkmilləşdirilmiş versiyası olan CZ-8A modeli, modernləşdirilmiş birinci mərhələ və yeni hidrogen-oksigen mühərriki YF-75H ilə genişləndirilmiş ikinci mərhələyə malikdir. 50,5 m uzunluğa və 5,2 m diametrli aerodinamik başlığa sahib raket aşağı orbitə 9,8 t, geostasionar keçid orbitinə isə 3,5 t faydalı yük çıxara bilir.
Bu, CZ-8A-nın altıncı uçuşu və “Çançjen” raket ailəsinin 620-ci missiyasıdır. 2025-ci ildə bu yeni modelin bütün altı uçuşu uğurla həyata keçirilib.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026