15:55 - 25.12.2025
25 dekabr, Fineko/abc.az. Google elektron poçt ünvanını dəyişdirmə funksiyasını əlavə edib.
ABC.AZ xəbər verir ki, ünvanı ildə bir dəfə dəyişmək olar: yeni ünvan yalnız @gmail.com ilə bitməlidir. Eyni zamanda, köhnə ad istənilən vaxt geri qaytarıla bilər.
Funksiya hələ ki, bütün istifadəçilərə açıq deyil.
Sistem belə işləyir: ünvan dəyişdirildikdən sonra köhnə elektron poçt əlavə ünvan olur, yeni ünvan isə əsas ünvan kimi fəaliyyət göstərir. Məktublar hər iki hesabına gələcək, bütün fotoşəkillər, sənədlər və digər məlumatlar isə dəyişməz qalacaq.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026