10:25 - 24.12.2025
24 dekabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dollar və ya 0,65 % artaraq 66,14 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026