Tramp: Venesuela sahillərində ələ keçirilən tankerlər və neft ABŞ-da qalacaq

17:03 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. ABŞ tərəfindən Venesuela sahillərində ələ keçirilən tankerlər və onların daşıdığı neft Birləşmiş Ştatların sərəncamında qalacaq.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp dekabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, administrasiya məsələyə strateji yanaşacaq: neft ya ölkənin strateji ehtiyatlarına daxil edilə, ya da satışa çıxarıla bilər.

Lakin hər bir halda həmin neft ABŞ-ın sərəncamında qalacaq. Eyni yanaşma tankerlərə də aiddir, deyə ABŞ prezidenti qeyd edib.