17:34 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. 2030-cu ilədək Dubaydakı brendli yaşayış layihələrinin sayı təxminən 80% artaraq təqribən 250-yə çatacaq.
ABC.AZ xəbər verir ki, bu barədə konsaltinq şirkəti VVS Estate məlumat yayıb. Regionda artıq təxminən 140 belə layihə reallaşdırılıb. Bu, dünyada ən yüksək göstəricidir.
Brendli rezidensiyalar yaşayış, hotel, wellness və kommersiya komponentlərini birləşdirir və tanınmış beynəlxalq brendlərlə əməkdaşlıq əsasında həyata keçirilir. Yaxın Şərqdə dünyadakı brendli mənzillərin təxminən 12%-i yerləşir, 2030-cu ilə qədər isə bu rəqəmin 120%-ə çatacağı gözlənilir. Təsdiqlənmiş təhvil tarixli layihələr arasında Address Residences The Bay, St. Regis Residences Downtown, Vida Residences Dubai Hills və digər layihələr yer alır.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026