17:13 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. Bu il yanvarın 1-nə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.
Bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatında qeyd edilib.
Sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.
Ötən il ADY 446,246 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 0,65 % çoxdur.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur. (C) Report
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026