Aİ-də mal əti istehsalı 2035-ci ilədək xeyli azalacaq

19:45 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Avropa Komissiyasının proqnozuna əsasən, 2035-ci ilədək Aİ-də mal əti istehsalı heyvandarlıqda baş sayının azalması, tənzimləmələrin sərtləşdirilməsi, iqlim amilləri və sahədə nəsil yenilənməsi ilə bağlı problemlər səbəbindən xeyli azalacaq.

ABC.AZ xəbər verir ki, Vahid Kənd Təsərrüfatı Siyasəti çərçivəsində dəstək və əlverişli qiymət gözləntilərinə baxmayaraq, bu amillər yalnız azalmanın tempini zəiflədəcək.

Adambaşına mal əti istehlakı qiymətlərin artması və təklifin məhdudlaşması fonunda azalacaq, ixrac isə məhsul çatışmazlığı və qlobal bazarda rəqabət səbəbindən məhdud qalacaq.