14:04 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. Gələn il Bolqarıstanda Şuşa parkının açılışı olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.
“Ümid edirəm ki, Veliko Tırnovo şəhərində Sizinlə birlikdə böyük səylər göstərdiyimiz Şuşa parkının açılışı ilə əlaqədar Bolqarıstana uzun müddət gözlənilən səfəriniz ölkəmizdəki mövcud siyasi böhrandan asılı olmayaraq 2026-cı ildə baş tutacaqdır”, – məktubda deyilir.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026