ABŞ Maliyyə Nazirliyi Meksika kartelinə qarşı neft və yanacaq oğurluğuna görə sanksiya tətbiq edib

15:26 - 18.12.2025


18 dekabr, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi Meksikanın “Santa Rosa de Lima” kartelinə neft və yanacaq oğurluğuna görə sanksiya tətbiq edib.

ABC.AZ-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Vurğulanır ki, sanksiyalar cinayətkar qrupun iri miqyaslı oğurluq və qanunsuz neft və yanacaq ticarətində iştirakı ilə bağlıdır. Həmçinin sənəddə qeyd olunur ki, kartel sərhədlərarası qara bazarın inkişafına töhfə verir və qanunauyğun fəaliyyət göstərən ABŞ neft-qaz şirkətlərinə ziyan vurur.