Qızılın qiymətləri ucuzlaşır

11:02 - 18.12.2025


18 dekabr, Fineko/abc.az. ABŞ-da inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində cümə axşamı səhər saatlarında qızılın qiymətləri ucuzlaşır. Bu barədə ticarət məlumatları xəbər verir.

ABC.AZ-in məlumatına görə, Bakı vaxtı ilə saat 9:37-yə olan vəziyyətə əsasən, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçersinin qiyməti əvvəlki bağlanışla müqayisədə 8,25 dollar və ya 0,19% azalaraq bir troya unsiyası 4 365,65 dollar olub. Gümüşün dekabr fyuçersi isə 0,3% ucuzlaşaraq unsiyası 66,703 dollar təşkil edib.