11:33 - 14.11.2017
14 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı qəbul edib.
Nazirliyin məlumatında deyildiyi kimi, görüş zamanı nazir və səfir ticarət-iqtisadi əlaqələrin inkişafının zərurəti barədə müzakirələr aparıb.
“Görüş əsnasında nazir Şahin Mustafayev, Azərbaycana səfəri gözlənilən Braziliyanın xarici işlər naziri Aloyzio Nunesin səfər zamanı, ölkələr arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə etmək arzusunu bildirdi”, - məlumatda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026