Tatarstanda halal keşbek ilə Halal Card kartları təqdim olunacaq

12:15 - 8.12.2025


8 dekabr, Fineko/abc.az. Tatarstanda yeni maliyyə məhsulu olan Halal Card debet kartları hazırlanıb. Bu kartlar halal keşbek sistemi ilə işləyir və şəriət auditorları tərəfindən təsdiqlənib. Adi keşbekdən fərqi ondadır ki, geri ödəniş bankın gəlirlərindən deyil, tərəfdaş proqramlar vasitəsilə formalaşır və şəriətə görə endirim (diskont) hesab olunur.

ABC.AZ xəbər verir ki, kart həm virtual, həm də plastik formada mövcuddur, istifadəçilər isə tətbiq vasitəsilə “halal” alışlara görə keşbek əldə edə bilərlər. Gələcəkdə tərtibatçılar məhsul xəttini genişləndirməyi planlaşdırır. Belə ki, mürabaha prinsipi ilə müştəri kreditləri, İslami kredit kartları, mal və avtomobil maliyyələşdirməsi, pensiya fondları və investisiyalar nəzərdə tutulur.

Layihədə rəqəmsal texnologiyalar və süni intellekt (polyglot Madiina) istifadə olunur. Halal Card ödəniş sistemi OpenAPI Ak Bars bankı və milli ödəniş sistemi «MİR» ilə inteqrasiya edilib. Kart İslam tərəfindən qadağan olunmuş mallar və xidmətlər üçün nəzərdə tutulmayıb.