12:16 - 4.12.2025
4 dekabr, Fineko/abc.az. İtaliyanın “Eni” şirkəti “Congo LNG” layihəsinin ikinci mərhələsi çərçivəsində planlaşdırılandan əvvəl mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına başladığını elan edib. Konqoda yeni Nguya FLNG adlı üzən mayeləşdirmə qurğusu işə düşüb və artıq qazla təmin olunur.
ABC.AZ xəbər verir ki, ilk LNG tədarüklərinin gələn ilin əvvəlində gözlənilir. Qurğunun illik istehsal gücü 2,4 milyon tondur.
Layihənin ikinci mərhələsinə Nguya FLNG, üç hasilat platforması və qazın hazırlanması üçün Scarabeo 5 qurğusu daxildir. Bu, Congo LNG layihəsinin ümumi gücünü ildə 3 milyon tona çatdırır.
Bu addım Konqo üçün böyük əhəmiyyət daşıyır: ölkə yalnız keçən il Tango FLNG (600 min ton/il) qurğusunu işə salaraq LNG ixracatçılarına qoşulub. Qaz, ehtiyatları 1,3 milyard barel neft ekvivalentinə bərabər olan Marine XII dəniz yatağından hasil edilir.
Layihənin operatoru “Eni”dir (65%). Konqonun dövlət neft-qaz şirkəti 10%, Rusiyanın LUKOIL şirkəti isə 25% paya sahibdir.