10:35 - 4.12.2025
4 dekabr, Fineko/abc.az. Növbəti tədris ilindən etibarən Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu dayandırılacaq.
ABC.AZ xəbər verir ki, nu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib.
O qeyd edib ki, özəl ali məktəblər fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər və əcnəbi tələbələri qəbul etmək imkanı əldə edəcəklər.
Nazirin sözlərinə görə, hazırda bəzi dövlət universitetlərində əcnəbi tələbələrin sayı təhsil alanların ümumi sayının təqribən yarısını təşkil edir.
“Biz Gürcüstan vətəndaşlarına keyfiyyətli təhsilin verilməsinə diqqət yetirməliyik. Buna görə də dövlət ali məktəblərinə Gürcüstan vətəndaşlarından bir neçə dəfə çox təhsil haqqı ödəyən əcnəbilər qəbul edilməyəcək”, – Mikanadze əlavə edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026