Azərbaycan nefti bahalaşıb

10:07 - 4.12.2025


4 dekabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,48% artaraq 66,54 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.