Mis qiymətləri 2013-cü ildən bəri yeni rekorda çatıb

15:55 - 3.12.2025


3 dekabr, Fineko/abc.az. Mis qiymətləri 2013-cü ildən bəri Asiyada tələbin yüksəlməsi hesabına yeni rekorda çatıb. Belə ki, qiymətli metalın dəyəri 2,4% artaraq 11 400 dollardan yuxarı qalxıb.

ABC.AZ xəbər verir ki, son həftələrdə qiymət artımı mümkün çatışmazlıqla bağlı spekulyasiyalar fonunda baş verib, çünki treyderlər ABŞ-də mümkün idxal rüsumlarından qaçmaq üçün böyük həcmdə metalları həmin ölkəyə yönləndirirdilər.

Bu il mis bazarı İndoneziyadan Çiliyə qədər mədənlərdə baş verən bir sıra gözlənilməz dayanmalara görə təchizat problemləri ilə üzləşib.

Çin metallurgiya və mədənçilik şirkətləri 2026-cı il üçün təchizatla bağlı danışıqlar aparır, lakin bu danışıqlar mədən şirkətlərinin üstün mövqeyinə görə çətinləşir.

Çin misəritmə zavodları və Çilinin mədən şirkəti rüsumlarla bağlı danışıqlarda çıxılmaz vəziyyətə düşüblər.