14:40 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin “Qlobal Qapı” təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today”ə müsahibəsində deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.
“Bakı Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - deyə Prezidentin köməkçisi bildirib.
27 İyul 2026