10:56 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. “ADY Əmlak” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, sözügedən borcla bağlı Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən aydın görmək olur. Məlumata əsasən, “ADY Əmlak” MMC-nin vergi borcu 144 035.75 manatdır.
Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır və qanuni təmsilçisi Elçin Niyazovdur.
12 Avqust 2026