17:14 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 141,1 milyon əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 7,8 milyard manat təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 39,3 milyon və ya 38,6 faiz, əməliyyatların həcmi isə 1,6 milyard manat və ya 25,6 faiz artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 1,1 milyon, ümumi həcmi isə 88,6 milyon manat olub.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026