15:29 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 545,271 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 4,7 % artaraq 225,732 milyon manata çatıb.
Beləliklə, 10 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43 manat olub.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026