İngiltərə büdcə kəsiri səbəbindən xarici dövlət əmlakını satır

15:08 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Böyük Britaniya milyardlarla dollarlıq büdcə kəsiri fonunda səfirlik binaları da daxil olmaqla, xaricdə dövlət əmlakının satışını təşkil etmək istəyir.

ABC.AZ xəbər verir ki, Böyük Britaniyanın 900-dən çox diplomatik binası bərbad vəziyyətdədir.

Qeyd olunur ki, Britaniya büdcəsində on milyardlarla funt sterlinqlik "çuxur" yaranıb. Büdcə kəsiri dövlət borcuna öidmətin artması, sosial ödənişlərin artması, habelə iqtisadiyyatın durğunluğu və məhsuldarlığın azalması səbəbindən əmələ gəlib.