17:07 - 27.11.2025
27 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 954,643 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 651,761 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,7 % çoxdur.
Beləliklə, 10 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 68,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 61,5 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026