Azərbaycanda bank sektoru 13,4% böyüyüb

10:59 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 341,9 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 13,4 % çoxdur.