17:44 - 23.10.2018
23 oktyabr, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2019-cu ildə 22917,5 milyon manat, xərcləri 24780,1 milyon manat həcmində proqnozlaşdırılır.
Ölkənin dövlət büdcəsi layihəsinin növbəti il üçün büdcəsi paketinin layihəsinə əsasən, gəlirlərinin strukturunda 7,316 milyon manat və ya 31,9% Vergilər Nazirliyinin vəsaitləri hesabına, 11,364,3 milyon manat və ya 49,6% Dövlət Neft Fondudan (ARDNF) transfertlərə, 3,451.6 milyon manat və ya 15,1%, Dövlət Gömrük Komitəsi xətti üzrə ayırmalara, 785,6 milyon manat və ya 3,4% digər gəlirlərin payına düşəcək. 2019-cu ildə dövlət büdcəsində neftin baza qiyməti barelə 60 dollar səviyyəsində müəyyən olunub.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda 2019-cu ildə 13.700.3 milyon manat və ya 59.8% neft sektoru üzrə, 9.217.2 milyon manat və ya 40.2% qeyri-neft sektoru üzrə təşkil edir.
2019-cu ildə dövlət büdcəsinin kəsirinin maksimum səviyyəsi 1,862,6 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da xəzinədarlıq balansı, kreditlərdən olan daxilolmalardan və özəlləşdirmə hesabına ödənilə biləcək. 2019-cu ildə dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edəcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026