17:23 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə "Bənövşəyi" xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.
ABC.AZ səhmdar cəmiyyətə istinadən xəbər verir ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.
Nəticədə "Avtovağzal–Xocəsən" sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, "Avtovağzal–8 Noyabr" sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026