Hindistan və Gürcüstan bu sahədə əməkdaşlığı genişləndirməyi razılaşıblar

11:43 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. Hindistan və Gürcüstan tekstil sənayesinin müxtəlif sektorlarında və fəaliyyətlərdə iş əlaqələrini xeyli gücləndirmək barədə razılığa gəldilər.

ABC.AZ xəbər verir ki, Hindistanın Tekstil Sənayesi Nazirliyinin nümayəndə heyəti 17–21 noyabr tarixlərində Gürcüstanda səfərdə olub.

"Səfərin nəticələrinə görə, tekstil tədqiqatı və ticarətində Hindistan-Gürcüstan əməkdaşlığı bərpa edilib, geyim və xalça istehsalı üzrə birgə müəssisələrin yaradılması üçün yeni imkanlar müəyyən edilib, qurum və texniki tərəfdaşlıqların yaranması başlanılıb", — məlumatda deyilir.