12:25 - 3.11.2025
3 noyabr, Fineko/abc.az. ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb.
“Söhbət gündə 77 min – 129 min barrel arasında qeyri-rus neftindən gedir. Bu o deməkdir ki, SOCAR öz əməliyyatlarında Rusiya neftinin payını azaldacaq, halbuki sentyabr və oktyabr aylarında şirkət demək olar ki, tamamilə Rusiyanın “Urals” markalı xam neftindən – təxminən gündə 210.000 barreldən asılı idi”, – məlumatda qeyd olunub.
Bildirilib ki, yeni alınan yüklərdən biri də “Urals” neftinə oxşayan, amma sanksiyalara məruz qalmayan Qazaxıstanın KEVSO neftidir. Əvvəllər SOCAR bu markadan ildə yalnız bir partiya idxal edirdi.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026