14:03 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Qazaxıstan və Azərbaycan birgə ticarət brendi yarada bilər.
ABC.AZ xəbər verir ki, bunu açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova deyib.
Nazir müavini əlavə edib ki, hazırda ümumtürk ticarət brendinin yaradılması məsələsi müzakirə olunur:
"Birgə türk brendi bizim məhsullarımızın Yaxın Şərq, Avropa, Çin və Hindistan bazarlarına çıxışını asanlaşdıracaq. Hər bir ölkə öz güclü tərəfini ortaya qoymalıdır və birlikdə unikal məhsul formalaşdırmalıyıq. Bu, təkcə bir ölkənin iqtisadi rifahını artırmayacaq, bütün türk dünyasının mövqeyini gücləndirəcək". ©Report
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026