Doqquz aylda könüllü sığorta üzrə 881 milyon 844 min manat haqq toplanıb

17:01 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü sığorta üzrə 881 milyon 844 min manat sığorta haqqı toplanıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankın məlumatlarına əsasən, bu barədə xəbər verir. Belə ki, könüllü sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 15.2% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 578 milyon 475 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.2% çoxdur.