“Technoline-K” MMC-nin dövlətə böyük məbləğdə borcu yaranıb

15:33 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. “Technoline-K” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər belə deməyə əsas verir.  Məlumata əsasən, “Technoline-K” MMC-nin vergi borcu 8 075 450.50 manatdır.

Xatırladaq ki, bu şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Hüseyn Həsənovdur.