"Qazprom" Türkiyəyə qaz ixracını 8 ay ərzində 18% artırıb

12:17 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. Bu ilin 8 ayında "Qazprom" Türkiyəyə xalis mavi yanacaq ixracını 2024-cü il ilə müqayisədə 18% artıraraq 14,6 milyard kubmetrə çatdırıb.

ABC.AZ xəbər verir ki, Rusiya Federasiyasının son yay ayında Qara dənizin dibi ilə çəkilən iki qaz kəməri ilə ölkəyə 1,84 milyard kubmetr tədarük edilib.

Avqust ayında ölkənin qaza olan ümumi tələbatı rekord həddə — 4,3 milyard kubmetrə çatıb. Yanvar-avqust aylarında Türkiyə bu enerji ehtiyatının istehlakını təxminən 25% artırıb.

Ötən il ərzində "Qazprom" Türkiyəyə ixracını 2,6% artırıb. Belə ki, ixracın həcmi 21 milyard kubmetrdən çox olub. Mayeləşdirilmiş metanın tədarükü 21,5 milyard dollara çatıb.