10:18 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Sanae Takaiti iki müqavilə imzalayıblar. Bu, Amerika — Yaponiya münasibətlərinin "qızıl dövrü" və nadir torpaq metalları sahəsində əməkdaşlıq haqqında razılaşmalardır.
ABC.AZ xəbər verir ki, müqavilə bu yaxınlarda bu mənbələrin ixracını məhdudlaşdıran Çindən asılılığı azaltmaq məqsədi daşıyır.
Görüş, Takaitinin Yaponiyanın ilk qadın baş naziri təyin edilməsindən bir həftə sonra, Trampın Asiya turu çərçivəsində Tokioda baş tutub. Daha sonra Tramp ticarət məsələlərini müzakirə etmək üçün ÇXR Sədri Si Cinpinlə görüşəcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026