10:02 - 24.10.2025
24 oktyabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərin icrası üzrə Yol Xəritəsi imzalanıb.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, imzalanma Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında baş tutub.
Yol Xəritəsini KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya İnkişaf Agentliyinin Beynəlxalq əməkdaşlıq sektorunun direktoru Nikola Yankoviç imzalayıblar.
İclasda vurğulanıb ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri avtomagistral layihələri uğurla həyata keçirir.
29 İyul 2026
27 İyul 2026