11:14 - 23.10.2025
23 oktyabr, Finezko/abc.az. ABŞ prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyindən 230 milyon dollar təzminat tələb edib.
ABC.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən Nyu York Times yazır
Nəşrin məlumatına görə, Tramp iki inzibati şikayət verib. O, 2023-cü ildə hüquqlarının pozulmasına görə dəymiş ziyanın ödənilməsini tələb edib. 2024-cü il tarixli ikinci şikayətində Ağ Ev rəhbəri FTB-ni Mar-a-Lago iqamətgahında axtarış apardığına görə məxfiliyi pozmaqda günahlandırıb.
"ABŞ Ədliyyə Nazirliyi həmçinin prezidentlikdən ayrıldıqdan sonra məxfi sənədlərlə düzgün davranmamaqda ittiham olunduğuna görə pis niyyətli təqibdə ittiham olunur", — deyə dərcdə qeyd olunur.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026