Doqquz ayda Azərbaycanda ictimai iaşə dövriyyəsi 1,99 milyard manat olub

10:03 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 990,2 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.

9 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə 13% artaraq 1 milyard 7,9 milyon manat olub.