10:33 - 11.10.2018
11 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar (1,56%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 85,14 dollar təşkil edir.
10 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti 1,79 dollar (2,4%) enərək bir barelə 73,17 dollar təşkil etmişdir.
10 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 1,91 dollar (2,3%) enərək bir barelə 83,09 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 9,92 dollar təşkil edir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026